İkiqat olimpiya mükafatçısı Rövşən Bayramovun güləş karyerasına son qoyduğu rəsmi olaraq açıqlanıb. 

Unikal.org xəbər verir ki, bu barədə AGF-nin I vitse-prezidenti Firdovsi Umudov milli komandanın mətbuat üçün açıq təlim-məşq prosesi zamanı deyib.

F.Umudovun bildirdiyinə görə, Rövşən Bayramov bundan sonra Yunan-Roma güləşi üzrə milli komandada məşqçi kimi fəaliyyət göstərəcək.

Həmçinin o da bildirilib ki, R.Bayramovun çıxış edəcəyi çəkidə başqa alternativ güləşçilər var.