Yanvarın 27-dən 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində yanvarın 30-da Moldova yığması ilə yoxlama oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Unikal.org xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun siyahısında daha çox "Qarabağ"lılar yer alıb -11 futbolçu. "Kəpəz", "Səbail" və "Zirə"dən milliyə heç kim dəvət olunmayıb. Bu da  istər soial şəbəkələrdə, istərsə də digər futbolsevərlərin ağıllarda sual yaradıb. "Quran Qurbanov ayrı-seçkilik qoyur?"...  

Qara Qarayev - Qarabağ

Maksim Medvedev - Qarabağ

Əfran İsmayılov - Qarabağ

Rahid Əmirquliyev - Qarabağ

Mahir Mədətov - Qarabağ

Ramil Şeydayev - Qarabağ

Elvin Yunuszadə - Qarabağ

Coşqun Diniyev - Qarabağ

Abbas Hüseynov - Qarabağ

Şahrudin Məhəmmədəliyev - Qarabağ

Riçard Almeyda - Qarabağ

Kamran Ağayev - Keşlə

Ruslan Abışov - Neftçi

Rəhman Hacıyev - Neftçi

Məhəmməd Mirzəbəyov - Neftçi

Emin Mahmudov - Neftçi

Rəşad Əzizli - Neftçi

Anton Krivotsyuk - Neftçi

Cavid Hüseynov - Qəbələ

Ruslan Qurbanov - Qəbələ

Təmkin Xəlilzadə - Qəbələ

Cavid İmamverdiyev - Sumqayıt

Bəhlul Mustafazadə - Sumqayıt

Pavel Paşayev - Aleksandriya (Ukrayna)