Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı ilə müğənni Elçin Cəfərovun toyu olub.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı unikal.org-a qızı Aydan və kürəkəni Elçin Cəfərov barədə müsahibə verib. 

-Tənzilə xanım, Toy necə keçdi?

- Çox yaxşı. Azərbaycanın milli adət ənənəsinə uyğun bir toy etdik. 

- Elçin bəy müsahibələrinin birində bildirdi ki, Sabir müəllim və digər toy iştirakçılarına narahatlıq olmasın deyə, toya media nümayəndələrini dəvət etmədi. Bu bardə nə deyə bilərsiz?

-Bizim toya jurnalistlərin gəlməsi ilə bağlı elə bir qadağamız yox idi. Amma bir şeyi başa düşə bilmirəm. Ümumiyyətlə, harada görünüb ki, toy olanda mətbuat ora dəvət olunsun. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. 



-Siz və kürəkəniniz Azərbaycanda tanınan şəxslərsiz. Hər zaman insanlar sizlərlə bağlı yenilik gözləyir....

-Anlayırıq və başa düşürük. Amma toy insanların şəxsi həyatıdır. Şəxsi ailə işidir. Bunlar mətbuatın gözü önündə olmamalıdır. Bizim ictimai-siyasi fəaliyyətimiz mətbuatın gündəmində ola bilər. Mənim qızım evlənib. Mənim qızım kimi də yüzlərlə qız evlənir. Mən başqalarından niyə fərqlənməliyəm ki? Bu niyə gündəmdə olmalıdır ki?

-Tənzilə xanım, yeni qohumlarınız barədə danışardınız...

-Biz hələ yeni qohum olmuşuq. Ona görə də bu barədə fikir söyləmək hələ tezdir.

 
- Sabir müəllim və Siz ziyalı insansınız. Nə əcəb qızınızın şou-biznes nümayəndəsi ilə evlənməyinə razılıq verdiniz?

-Niyə, nə olub ki? Bizim kürəkənimizdə ziyalı ailədir. Həmçinin, kürəkənim də istedadlı bəstəkar və müğənnidir. İmanlı, insaflı bir gəncimizdir. Yəni, ona niyə etiraz və narazılıq olmalıydı ki? Biz də hər qız ata- anası kimi Elçinin ailəsi ilə yaxından maraqlandıq və qənaətimiz belə oldu ki, övladımızın seçiminə hörmətlə yanaşaq. Elçində millətimizin istedadlı övladıdır. Bu qədər.

-Elçini bir qayınana kimi qonaq çağırmısız?

-Yox, hələ çağırmamışam. Hələ tezdir. İnşallah çağıracağıq.

-Ümumiyyətlə, gələcəkdə nənə olaraq qız nəvənizin oğlan və ya qız olmasını arzulayırsınız?

-Vaaay. Mən bu suala cavab vermək istəmirəm. Bu suala cavab vermək hələ çox tezdir. Mən artıq nənəyəm. Oğlumun qız övladı var. Artıq nəvə mənim üçün surpriz deyil. İnşallah, Allah nəsib etsin, oların da övladı olsun. Bu da çox gözəl hisdir. Amma biz nənə duyğusunu yaşamışıq.


Mələk Eyvazlı