Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ bu gün növbəti yoxlama oyununu keçirib.

Unikal.org xəbər verir ki, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi "Arsenalla qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin "Akhisar Bələdiyyəsporu ilə heç-heçə (1:1) edib, İsveçrə "Sürixinə uduzub (0:1), Makedoniya "Rabotniçkinə qalib (2:1) gəlib.