Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess turniri davam edir.

Unikal.org xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov 12-ci turda ingilis Qaveyn Consla üz-üzə gəlib. Qara fiqurlarla oynayan "Şah" ləqəbli şahmatçımız qarşılaşmanın 12-ci gedişində rəqibi ilə "sülh"ə razı olub.

Hazırda hesabında 8 xal olan Məmmədyarov turnir cədvəlinin üçüncü pilləsində yerində qalıb. O, Aniş Qiri və Maqnus Karlsendən yarım xal geri qalır.

Qrossmeysterimiz son turda ağ fiqurlarla Vişvanatan Anandla qarşılaşacaq.