Bakının mərkəzində gənc oğlana qarşı dələduzluq edilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Bəkirov Emil Elxan oğlu 18-ci Polis Bölməsinə müraciət edərək bildirmişdir ki, Nizami küçəsi 58 ünvanının qarşısında ("Tarqıvı məhəllə adlanan ərazi) özünü Fərhad kimi təqdim edən şəxs ona yaxınlaşaraq əlində olan "Samsung markalı mobil telefonu danışmaq adı ilə alıb. Bir neçə saniyə sonra həmin şəxs telefonla uzaqlaşıb və insanların arasında yox olub.

Müraciət əsasında araşdırma aparılır.