"Mançester Sitinin baş məşqçisi Xosep Qvardiola transferlərə çox pul xərcləmələri barədə ittihamlara münasibət bildirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisaçıqlamasında heyətlərinin geniş olmadığını deyib:

"Dörd istiqamətdə mübarizə aparmaq istəyirsənsə, zədə məsələsində şanslı olmalısan. Ancaq əks halda, hər istiqamətdə - 22 yüksək səviyyəli futbolçuya sahib olmalısan. Bəlkə də, bəzilərinə qəribə gələcək, amma hətta "Mançester Siti üçün belə, 22 yüksək səviyyəli oyunçu almaq çox bahadı. Maaşlarını ödəyə, onlar üçün tələb olunan transfer məbləğini qarşılaya bilməyəcəyik. Gələcəkdə fərqli ola bilər, lakin biz bu günə kimi bir oyunçuya görə 80-100 milyon funt-sterlinqdən artıq ödəməmişik. Bu qədər məbləği hazırda ödəyə bilmərik, bu, gerçəkdi. Buna görə, akademiyaya ehtiyacımız var. Düzdü, çox pul xərcləmişik, lakin başqa komandalar da çox xərcləyiblər. Sizə təminat verirəm ki, dünyada bu qədər pul xərcləyən yeganə klub biz deyilik.

Xatırladaq ki, "Mançester Siti bu mövsümdə 8 futbolçunun transferi üçün ümumilikdə, 247 milyon avro xərcləyib.