Əfsanəvi yamaykalı atlet Useyn Boltun futbola olan marağı hər kəsə məlumdur. Amma onun bu marağı peşəkarlıq dərəcəsindədir desək yanılmarıq Bolt özü də bu məsələdə zarafat etmir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Bolt yüksək səviyyədə futbol oynamaq arzusunu reallaşdırmaq niyyətindədir. Yüngül atletikanın 8 qat olimpiya çempionu artıq məşqlərə başlayıb.

Bolt CAR çempionatının lideri "Mamelodi Sandaunz klubunun düşərgəsində məşq edir. Bu barədə məlumatı klub saytı yayıb.

Bolt ayrı-ayrı vaxtlarda "Mançester Yunayted və Dortmund "Borussiyasının da heyətində məşq edib. Karyerasını ötən ilin yayında bitirən Bolt bildirmişdi ki, futbolla yüksək səviyyədə məşğul olmaq niyyətindədir.

Qeyd edək ki, o, karyerasının son yarışında - Londonda keçirilən dünya çempionatında zədələnib və 5 ay müddətində müalicə olunub.