Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb. 

Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının şaxtasından keçən tüstü borusunun üzərinə çəkilmiş şüşə pambıq üzlük və içərisinə yığılmış yağ qalıqları 60 p.m sahədə yanıb. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib, 10 nəfər bina sakini, o cümlədən 4 nəfər azyaşlı təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

10:54

Bakının Nərimanov rayonunda yerləşən, Odlar Yurdu Universitetinin yaxınlığındakı hündürmərtəbəli yaşayış binasında yanğın baş verib.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki, 16 mərtəbəli binanın 14-ci mərtəbəsi yanır.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub. Hadisə yerinə Təcili Tibbi Yardım maşınları çağırılıb. Yanğından xəsarət alanların olduğu bildirilir.