Göyçayda oğurluqda şübhəli bilinən 4 nəfər tutulub. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-dən 3-dək olan müddətdə Nizami küçəsində yol kənarına quraşdırılmış məhəccərdən 58 ədəd bəzək əşyası oğurlamaqda şübhəli bilinən Göyçay şəhər sakinləri, əvvəllər məhkum olunmuş Loğman Yusifov və 3 yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.