Fransa Maliyyə Naziri Jerard Darmanen məhkəməlik olub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, nazir haqqında yayılan təcavüz iddiasıyla bağlı məhkəmədə ifadə verib. 

Məhkəmə prosesi 22 yanvarda baş versə də, sözügedən məsələ yeni mətbuata sızıb. Belə ki, 2009-ci ildə Darmanen tərəfindən təcavüzə uğradığını iddia edən qadın Paris Prokurorluğuna müraciət edib. O, isə bu iddiaların şər-böhtan olduğunu deyib və özü qarşı tərəfi məhkəməyə verib. Məsələ ilə bağlı Dermanen haqqında keçən il iyun ayında da istintaq başlanılıb, məhkəmə tərəfindən təqibsizlik qərarı verilib.