Dövlət orqanlarının regionlarda yerləşən struktur bölmələrində olan müsabiqənin müsahibə mərhələsinə çıxarılmış vakant vəzifələr üzrə müsahibələr regionlarda keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, qeyd edilənləri nəzərə alaraq, həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş, lakin regionlarda keçiriləcək müsahibələrdə iştirak edə bilməyəcək namizədlər qeydiyyatlarını ləğv etməlidirlər.

Müvafiq vəzifələr üzrə qeydiyyatın ləğvini 15 fevral 2018-ci il, saat 18:00-‘dək "Dövlət qulluğu üzrə müraciət Formasına daxil olub həyata keçirə bilərsiniz.