Ermənsitanın paytaxtı İrəvanda şəhər şurasının iclası zamanı dava düşüb. Belə ki, paytaxtakı pis qoxudan şikayət edən sakinləri dəstəkləyən deputatlar və müxalif fraksiyanın nümayəndələri kanalizasiya suyu ilə meriya binasına hücum çəkiblər. Nəticədə hakim respublikaçılar partiyasından olan deputatlar və şəhər merinin əməkdaşları ilə şikayətçilər arasında qarşıdurma baş verib.

Unikal.org xəbər verir ki, meriya binasına kanalizasiya suyu ilə doldurulmuş bankalarla hücum edilib.

Şəhərdəki pis qoxudan şikayət edən sakinləri müdafiə edən müxalifət fraksiyanın nümayəndələri bu bankaları merə təqdim etmək istəyərkən onların qarşısı alınıb. Qarşıdurma nəticəsində bankalarda olan kanalizasiya suyu iclas zalına dağılıb və üfunət iyi ətrafı bürüyüb.

Görüntülər Ermənistanın paytaxtı İrəvanda Şəhər Şurasının iclası zamanı lentə alınıb.

Paytaxtın Nubaraşen rayonunun sakinləri və "Yerkir Tsirani" müxalifət fraksiyasının nümayəndələri iclasa kanalizasiya suyu ilə dolu bankaları gətirərək şəhər meri Taron Marqaryana təqdim etmək istəyiblər.