Birləşmiş Ərəb Əmirliklərində ölkəyə betonqarışdıran maşında keçmək istəyən 22 miqrant saxlanılıb.

Unikal.org-un məlumatına görə, betonqarışdıran maşının sürücüsü Oman ilə sərhəddə Hatam gömrük məntəqəsində saxlanılıb. Betonqarışdıran maşında 21 asiya ölkələrindən olan insanlar və bir afrikalı aşkar edilib.

İnsidentlə bağlı araşdırma aparılır.