Türkiyədə kanallardan birində aparıcı ürək dolusu Azərbaycanda restoranlardan birində "Zeytun budağı əməliyyatına verilən dəstək.

Unikal.org a24.az-a istinadən xəbər verir ki, Halil Nebiler adlı aparıcı Türkiyənin Suriyada döyüşməsini qınayanları tənqid edib və Afrinə dəstək göstərən ölkə kimi Azərbaycandan təəccüb hissi ilə danışıb. Belə ki, Azərbaycanda restoranlardan birində şəhid verən Türkiyə üçün aksiya keçirilib. Həmin aksiyada "Qardaş Türkiyəmiz Afrində 15 şəhid vermişdir. Bu acı səbəblə 3 gün müddətinə restoranımızda çay və su ehsan olaraq verilir-¦ Şəhidlər ölməz, Vətən bölünməz! cümlələri yazılıb. Daha sonra aparıcı azərbaycanlı millət vəkili Qənirə Paşayevanın şəhid olan Türk əsgərinin ailəsini ziyarət etmək üçün Ankaraya gəlməsini dəyərləndirib, onun sosial səhifəsində etdiyi paylaşımı oxuyub.