Avtobus qapısı açıq şəkildə hərəkət edir. Üstəlik içərisində sərnişin ola-ola. Söhbət 525 saylı avtobuslardan gedir. Avtobusdan istifadə edən sərnişinlər bunu marşurutların sayının az olması ilə əlaqələndirirlər. Problem aradan qalxacaqmı?

Unikal.org "Xəzər TV"yə istinadən məlumat verir ki, içərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Sərnişinlərdən bəziləri isə açıq qapıda dayanıblar

Görüntülər Abşeron rayonu Masazır qəsəbəsindən metronun əcəmi stansiyasının yaxınlığına sərnişin daşıyan 525 nömrəli avtobusda qeydə alınıb.

Sözügedən xəttə işləyən sürücülər özləri də bəzi hallarda avtobusları qapısı açıq şəkildə idarə etdiklərini etiraf etdilər. Onların sözlərinə görə, bunun da əsas səbəbi sərnişinlər və yolda yaranan tıxacdır. Çünki tıxac vaxtı avtobusların intervalı pozulur və sərnişinlərin ünvana çatdırılmasında gecikmələr yaranır.

Sərnişinlər isə avtobusların sayının artırılmasını istəyirlər.

525 saylı xəttin dəsdə rəisi Tural Abbasov bildirdi ki, avtobusların intervalı 5 dəqiqədir. Hazırda bəzi avtobuslar təmirdədir və yaxın vaxtlarda marşurutların sayı artırılacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sumqayıt Regional şöbəsinin rəisi Əhməd Rüstəmov bildirdi ki, həmin xətlə bağlı idarəyə müraciətlər olub. 3 gün bundan əvvəl daşıyıcı şirkətə avtobusların sayının artırılması və intervalın azaldılması göstərişi verilib. Ən qısa zamanda problem həllini tapacaq.