20 Mart 2019
19 Mart 2019
Futbolçu meydanda yumruqlarını işə saldı - VİDEO
 Futbolçu meydanda yumruqlarını işə saldı  - VİDEO İDMAN 15:51 2018-02-20

"Mançester Siti klubunun oyunçusu Serxio Aquero cəzalandırıla bilər.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, argentinalı futbolçu İngiltərə Federasiya kubokunun 1/8 final mərhələsinin "Uiqana qarşı dünən keçirilən oyunundan sonra azarkeşi vurub. Belə ki, "Uiqanın minimal hesablı qələbəsi ilə nəticələnən matçdan sonra bu komandanın azakeşləri meydana axışıb. Bu vaxt isə fanatlardan biriylə Aquero arasında mübahisə yaşanıb. Nəticədə, hücumçu tərəfdara yumruqla zərbə endirib. Onun bu hərəkəti kameranın yaddaşına köçüb.

Futbolçunun bu hərəkətinə görə yerli federasiya tərəfindən cəzalandırılacağı gözlənilir.

Xatırladaq ki, "Uiqana 0:1 hesabıyla uduzan "Mançester Siti kubokda mübarizəni dayandırıb.