Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda 5-9 faiz səviyyəsində birrəqəmli inflyasiya proqnozlaşdırır.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri İvana Duarte deyib.

İ.Duarte qeyd edib ki, Azərbaycan iqtisadiyyatı artım nümayiş etdirir, neftdən asılılığın azaldılmasında nailiyyətlər əldə edir: "Hökumət nümayəndələri ilə görüşlərimiz zamanı biz onların iqtisadiyyatın şaxələnməsinə sadiqliyini müşahidə edirik. Azərbaycan hökuməti kiçik şirkətərin inkişafı və onların qeyri-neft sektorunda aktiv fəaliyyəti üçün şəraitin yaradılması məqsədi ilə səy göstərir.

Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı proqnozlardan danışan İ.Duarte qeyd edib ki, 2018-ci ildə ÜDM-nin 2 faiz artacağını gözləyir.