Bakıda qətl törədilib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Rayon sakini, 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyı bıçaqlayaraq öldürüb.

S. Əzimov saxlanılıb.

Fakta bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.