PSJ-nin baş məşqçisi Unay Emeri Çempionlar Liqasının 1/8 finalında "Realla keçiriləcək cavab qarşılaşması barədə danışıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Emeri "Reala xəbərdarlıq edib. O, "kral klubunun futbolçularını Parisdə ağır oyun gözlədiyinə işarə edib:

"Bu mövsüm əksər oyunlarda sübut etmişik ki, qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirməyə qadirik. Xüsusən də öz meydanımızda daha güclüyük.

"Real bilir ki, "Park de Prensdə oynamalı olacaq. Ancaq "kral klubunun futbolçuları onları bu stadionda nəyin gözlədiyini bilmirlər.

Bu komandalar arasında keçirilən ilk qarşılaşmada "Real 3:1 hesabı ilə qalib gəlib.