"Rusiya Azərbaycanın düşmənidir. Torpaqlarımızın işğal olunmasında, hazırda Ermənistanın bu torpaqları işğal altında saxlamasında Rusiyanın müstəsna rolu var. Bu gün də Rusiya həmin düşmənçilik siyasətini davam etdirir"
 
 

Bu fikirləri Unikal.org-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
O, qeyd edib ki, Azərbaycan dünya ictimaiyyətinə zəruri informasiya verməklə torpaqlarını hərbi yolla azad etməlidir: "Qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı məsələnin Ermənistanda gündəmə gətirilməsi  və digər bu kimi məsələlər bu problemin dinc yolla həllini ikinci plana keçirməyə xidmət edir. Ona görə də Azərbaycan bütün dünya ictimaiyətinə zəruri informasiya  verməklə torpaqlarını hərbi yolla azad etməlidir". 
S.Cəlaloğlu 5 rayonun qaytarılması ilə bağlı səsləndirilən fikirləri Rusiyanın və bir çox beynəlxalq güclərin Azərbaycana qarşı qurduğu növbəti hiylə kimi qiymətləndirir: "Bunların hamsı Dağlıq Qarbağı bizim əlimizdən qoparmaq üçün Rusiyanın və bir çox beynəlxalq güclərin Azərbaycana qarşı qurduğu hiylədir. Bundan əvvəl də münqaişənin həlli istiqamətində aparılan bütün layihələr beynəlxalq hüquqa uyğun deyil, problemin ədalətli həllinə xidmət etmir. Məqsəd müxtəlif adlar altında Azərbaycan torpaqlarını məniməyə xidmət edir. Müharibə başlayacaqsa bu, rus-müsəlman müharibəsinə çevriləcək". 

Həsən Babayev