20 May 2019
19 May 2019
UEFA Avropa Komissiyası ilə anlaşdı
 UEFA Avropa Komissiyası ilə anlaşdı İDMAN 12:42 2018-02-22

UEFA ilə Avropa Komissiyası arasında Avro-2020 ilə bağlı imzalanmış müqavilə yenilənib və genişləndirilib. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı UEFA-nın saytı yayıb. Yeni müqavilə hər iki təşkilatın Avro-2020 də daxil olmaqla, bir çox sahələrdə yaxından əməkdaşlıq etməsini planlaşdırır. UEFA prezidenti Aleksandr Çeferin məsələ ilə bağlı açıqlama verib:

"UEFA və Avropa Komissiyası idmanın sosial dəyərlərini təbliğ etmək, ədalət və həmrəylik prinsiplərinə hörmət etmək arzusundadı. Komissiya, UEFA-nın rəqabət qabiliyyətliliyini artırmaq və futbolda idarəetmənin yaxşılaşdırılmasına dair öhdəliyini dəstəkləyir. Biz futbolu təşviq etmək və inkişaf etdirmək məqsədi ilə birlikdə işləyirik.