Ağır atletika üzrə Qazaxıstanın azərbaycanlı olimpiya çempionu Nicat Rəhimov karyerası ilə bağlı planlarını açıqlayıb. 

Unikal.org xəbər verir ki, ağırlıqqaldırma üzrə ilk azərbaycanlı olimpiya çempionu əsas hədəfinin dünya çempionatı oduğunu bildirib: 

"Plan üzrə məşqlər edirik. Hazırlıqları qaydasında gedir.  Yavaş-yavaş öz formamızı yığırıq, dözümlüyü artırıq. Bu il bizi bir sıra yeniliklər gözləyir. Çəki dərəcələri dəyişiləcək, bunu səbirsizliklə gözləyirəm. Qarşıdakı hədəflərdən biri Aşqabadda keçiriləcək dünya çempionatıdır. 

Qeyd edək ki, N.Rəhimov 2010-cü ildə Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycan adına qələbə qazanıb. O, 2014-cü ildə ölkəsində qədri bilinmədiyi üçün Qazaxstan vətəndaşlığını qəbul edərək bu ölkənin bayrağı altında çıxış etməyə başlayıb.