20 May 2019
19 May 2019
Razborkada azərbaycanlı biznesmen güllələndi - VİDEO
Razborkada azərbaycanlı biznesmen   güllələndi - VİDEO VİDEO 16:33 2018-02-22

Bu gün Moskvada naməlum killer tərəfindən güllələnən azərbaycanlı biznesmen Anar Əliyev xəstəxanada keçinib.

Bu haqda life.ru xəstəxana mənbələrinə istinadən xəbər verir. Biznesmenin aldığı güllə yaraları ağır olduğundan həkimlər onu xilas edə bilməyiblər.

***15:59

Moskvada biznesmen Anar Əliyevi güllələyiblər.

Unikal.org Virtualaz.org-a istinadən bildirir ki, Mash teleqram-kanalı sui-qəsd anının videosunu yayıb.

Atıcı "Lexusa avtodayanacaqdan çıxanda atəş açıb. Xarici avtomobil evin yanında dayanıbmış. Maşın dörd yol ayrıcına çatanda naməlum şəxs ona tərəf qaçıb və sürücünün başına güllə sıxıb.

Bundan dərhal sonra məlum olub ki, killer Azərbaycandan olan biznesmen Anar Əliyevi yaralayıb. Zərərçəkənin sürətli qidalanma müəssisələri şəbəkəsinə ("fast-food) rəhbərlik etdiyi bildirilir.