21 fevral 2018-cı il tarixində Amrahbank və Azərbaycan Banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə "Maliyyə savadlılığı və təhsilə dəstək layihəsi üzrə təlimlərə başlanıldı.

Unikal.org-un xəbərinə görə, maliyyə mövzuları üzrə təlimlər Azərbaycanın bütün Universitetlərinin tələbələri üçün nəzərdə tutulub. Azərbaycan Kooperasiya Universitetinin tələbələrii İlkin olaraq təlim layihəsinə cəlb olundu. Təlimlər "Amrahbankın baş ofisində həyata keçirildi. Təlimdə iştirak edən 15 iştirakçı plastik kartlarla əlaqəli mövzuda biliklərini bir daha təkmilləşdirdilər. "Amrahbankın peşəkar əməkdaşları tərəfindən tələbələrə plastik kartlarla əməliyyatlara aid aktual mövzu üzrə məlumatlar verildi.

Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına Amrahbank və ABA-nın nümayəndələri tərəfindən təhsil, təcrübə proqramları və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi.

Qeyd edək ki, bu layihənin il ərzində silsilə şəklində davam edəcəyi nəzərdə tutulub.