20 May 2019
19 May 2019
Məşhur müğənni əməliyyat olundu
 Məşhur müğənni əməliyyat olundu MƏDƏNİYYƏT-ŞOU 16:06 2018-02-23

Bir müddət öncəı həbsdən çıxan Türkiyənin məşhur müğənnisi Deniz Seki bıçaq altına uzanıb. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni mədə kiçiltmə əməliyyatı olunub. O arıqlamaq üçün mədəsini kiçildib. Əməliyyatdan sonra açıqlama verən həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər. 

Xəbərdə bildirilir ki, o, aylar öncə də buna cəhd edib. Ancaq kilosu az olduğuna görə, həkimlər onu əməliyyata almayıb. Bunu görən Deniz mədəkiçiltmə əməliyyatı üçün 90 kiloqramadək çəki almağa məcbur qalıb. Müğənni, nəhayət dünən bıçaq altına yatıb.

Xatırladaq ki, 47 yaşlı D.Seki narkotik maddələrin istifadəsi və dövriyyəsinə görə 3 ilə yaxın həbs həyatı yaşayıb.



  •  Məşhur müğənni əməliyyat olundu