20 May 2019
19 May 2019
Bu sahədə də artım var - AZƏRBAYCANDA
Bu sahədə də artım var -AZƏRBAYCANDA İQTİSADİYYAT 21:19 2018-02-23

2018-ci ilin yanvarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 31,5 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2017-cı ilin yanvar ayı ilə müqayisədə 22,2 faiz çoxdur.

Unikal.org-un məlumatına görə, bu barədə 2018-ci ilin yanvar ayının yekunları ilə bağlı hesabatda deyilir.

Qeyd olunur ki, ötən ay Azərbaycanda 173,8 min ton sement (2017-cı ilin yanvar ayı ilə müqayisədə 28,2 faiz artım), 3,34 min ton tikinti əhəngi (33,1 faiz artım), 2,8 min ton asfalt (8,2 faiz artım), 22,7 min kubmetr kərpic (2,4 dəfə artım), 78 min ton hazır beton qarışığı (6 dəfə artım) istehsal olunub.