19 Mart 2019
Müğənni Damlanın YouTube kanalı silindi
Müğənni Damlanın YouTube kanalı silindi MƏDƏNİYYƏT-ŞOU 22:05 2018-02-23

Azərbaycanın tanınmış ifaçısı Damlanın "Youtube kanalı silinib.

Unikal.org  oxu.az-a istinadən xəbər verir ki, ifaçı bu işdə güvəndiyi, "Youtubea aid bütün işlərini həvalə etdiyi RafizCəfərzadəni günahlandırır.

Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib.

"Bəli, Rafiz Cəfərzadə mənim rəsmi "Youtube kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun.

Bir neçə gün öncə dedim ki, Rafiz "Youtube kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı 35 milyondan çox idi.