Amerikalı teleaparıcı Opra Uinfri prezident seçkilərində iştirak edəcəyi barədə yayılan məlumatları təkzib edib.

Unikal.org xəbər verir ki, Uinfri bu barədə ABC telekanalının efirində bəyan edib.

"Tam əminliklə deyə bilərəm ki, prezident seçkilərində namizədliyimi irəli sürməyəcəm,-deyə o bildirib.

Opra Unfrinin 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirakı barədə məlumatlar teleaparıcının yanvar ayında "Qızıl Qlobus mükafatının 75-ci təqdim etmə mərasimində çıxışından sonra yayılıb.