17 İyun 2019
16 İyun 2019
Gəncədə mərmi aşkarlandı
Gəncədə mərmi aşkarlandı CƏMİYYƏT 17:40 2018-02-24

Fevralın 24-də Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin -³102-³ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, Qaraqoyunlu küçəsi döngə 1 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMa-dan Unikal.org-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib və 1 ədəd 115 mm-lik top mərmisi (OF-27) aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Aşkar olunmuş partlamamış hərbi sursatın ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib və əlavə təhlükəli əşya, qurğu aşkar edilməyib.