Bakı-Quba yolunda ağır qəza olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə magistral yolun Abşeron rayonundan keçən hissəsində baş verib.

"Ford" markalı sərnişin avtobusu ilə "Mercedes" toqquşub. Nəticədə minik avtomobili yoldan çıxaraq aşıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Qəza zamanı ölən və yaralananların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.