Dünən axşam saatlarında Şirvan şəhərində baş vermiş silahlı insidentlə bağlı bəzi məqamlar üzə çıxıb.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, ayağından tapança yarası alan Şirvan şəhər sakini 52 yaşlı Teyyub Eyyub oğlu Tağıyev yaralı vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Məlumata görə, Teyyub Tağıyev 90-cı illərdə Ukraynanın Odessa şəhərində yaşayıb və həmyerlisi, Odessa bazarında işləyən azərbaycanlıların əsas himayəçisi kimi böyük nüfuza sahib olan Rahim Ələkbərovun ən yaxın adamlarından biri olduğundan "Odessa Teyyub kimi tanınıb.

2001-ci ilin noyabr ayının 29-da Rahim Ələkbərov Odessada qətlə yetirildikdən sonra Teyyub Tağıyev də geri dönüb.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində artıq hadisəni törədən şəxsin kimliyi də müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam edir.