11 Dekabr 2018
Boksçumuz Strandja turnirində bürünc medal qazandı
İDMAN 2018-02-25 14:02:41
  • A

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja" turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.

Unikal.org Trend-ə istinadən bildirir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.