Futbol üzrə Türkiyə Super Liqasının XXIII turunun mərkəzi görüşü "Beşiktaş" və "Fənərbağça" arasında keçirilib.

Unikal.org-un məlumatına görə, İstanbuldakı "Wodafone Park"da təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Beləliklə, "Beşiktaş" "Fənərbağça"nın 15 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub və 44 xalla 3-cü pilləyə yüksəlib.