Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org apa-ya istinadən məlumatına görə, paytaxtın Binəqədi rayonunun Binəqədi qəsəbəsi, 1-ci Mədən ərazisində fərdi evlərdən birində yaşayan, 2004-cü il təvəllüdlü Tural İlham oğlu Abdullayev yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdıra aparılır.