25 Mart 2019
24 Mart 2019
İrəvanda olan turist çay pulunu Azərbaycan qəpiyi ilə ödədi (FOTO)
İrəvanda olan turist çay pulunu  Azərbaycan qəpiyi ilə ödədi (FOTO) CƏMİYYƏT 10:23 2018-02-26

Ermənistanın paytaxtı İrəvanda kafelərdən birində qəribə hadisə baş verib.

Unikal.org Teleqraf.com-a  istinadən xəbər verir ki, özünü amerikalı kimi təqdim edən müştəri ofisianta Azərbaycan məzənnəsi ilə "çay pulu verib. Pivə içən turist ona qulluq edən ofisianta hesabdan əlavə 5 qəpik verərək kafeni tərk edib.

Ofisiant pulun Azərbaycan qəpiyi olduğunu öyrənəndən sonra müştərinin əyləşdiyi masaya yaxınlaşıb və onun üzərində latınca yazılan siqaret qutusunu unutduğunu görüb. Ofisiant bir neçə gündür kafeyə gələn və həmişə eyni masada əyləşərək kağız üzərində latınca qeydlər aparan müştəridən haralı və hansı peşənin sahibi olduğunu soruşduğunu bildirib. Onun sözlərinə görə, müştəri isə cavabında amerikalı müəllim olduğunu deyib.

Kafedə çalışanlar müştərinin 5 qəpik verdiyini biləndən sonra onun fotoşəklini çəksələr də, sözügedən şəxsin üzü fotokameraya düşməyib.


  • İrəvanda olan turist çay pulunu  Azərbaycan qəpiyi ilə ödədi (FOTO)