Salyan rayonunda 56 yaşlı kişi su kanalında boğularaq ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonunun Varlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Cəfər Xudam oğlu Cəfərov su kanalına düşərək boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.