25 Mart 2019
24 Mart 2019
Buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb
Buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb CƏMİYYƏT 12:15 2018-02-26

Dövlət İmtahan Mərkəzi (DİM) bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafikini açıqlayıb.

DİM-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, bölgələr üzrə ümumi orta təhsil bazasında (9-cu sinif) buraxılış imtahanlarının I mərhələsi əvvəlcədən elan olunduğu kimi 4, 11, 18 mart tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Heydər Əliyev adına Hərbi Lisey və C. Naxçıvanski adına Hərbi liseyin şagirdləri üçün imtahan martın 4-‘də, Peşə liseyləri (11-ci sinif), Bakı şəhərində yerləşən xüsusi məktəblərin - internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün martın 18-də keçiriləcək.

4 martda keçiriləcək imtahanda iştirak edən şagirdlər "İmtahana buraxılış vərəqəsini buradan çap edə bilərlər.


  • Buraxılış imtahanlarının I mərhələsinin keçirilmə qrafiki açıqlanıb