Rusiyanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə yenidən münasibət bildirib.
Unikal.org-un məlumatına görə, nazirliyin nümayəndəsi Mariya Zaxarova deyib ki, Dağlıq Qarabağın taleyinə siyasi-diplomatik vasitələrlə qərar veriləcək.

"Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr (ABŞ, Rusiya, Fransa) ölkələrinin prezidentləri bəyan ediblər ki, Dağlıq Qarabağın statusu xalqların özmüqəddaratını təyinetmə prinsipinə əsaslanaraq müəyyənləşdirilməlidir. Bu bəyanatlar 2009-2013-cü illərə aiddir", - deyə XİN rəsmisi bildirib.

Zaxarova deyib ki, Rusiya bu hədəfin reallaşdırması üçün bütün lazımlı köməyi göstərməyə hazırdır.