Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasına işarə edən yeni əlamətlərin olmasından narahatdır.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə RIA "Novosti" məlumat yayıb. Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın hər iki tərəfi yeni gərginliyin baş verməməsi üçün bütün addımlar atmağa çağırdığını bildirib: "Berlin ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həlli istiqamətində işin davam etdirilməsi səylərini dəstəkləyir".