Azərbaycanda Prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı məlum olub.

Unikal.org-un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibi Arifə Muxtarova deyib ki, 5 milyon 347 min 803 bildiriliş çap olunacaq.

Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri aprelin 11-nə təyin olunub.