Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21120"markalı nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

Unikal.org Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qabaq və arxa buferlərində gizlədilən 450 qutu pirotexniki vasitə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.