Cəlilabad rayon sakini maraqlı qurğu düzəldib. Belə ki, Rövşən Abdullayev ərsəyə gətirdiyi yeni qurğu vasitəsi ilə asanlıqla torpağı qazır və su quyusu düzəldir. Usta hazırda texnikanın daha da təkmilləşdirmək üçün üzərində iş aparır.

Cəlilabad rayonunun Günəşli kənd sakni Rövşən Abdullayev su quyusu qazan yeni qurgu düzəldib.

Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, cəmi bir neçə metr hündürlüyündə olan avdanlıq 20-25 metr dərinliyinə kimi su quyusu qazma gücünə malikdir. Elektriklə çalışan qurğunu yuxarı hissəsindəki mühərrik hərəkətə gətirir.

Qazma zamanı torpaq qatının lil şəkilində yuxarı səthə çıxmasından ötrü qurğuya xüsusi nasos quraşdırılıb. Rövşən Abdullayev ilk sınağı həyətində aparıb və 8 metrlik quyu qazaraq su əldə edib.

Yalnız orta istisas təhsili olan usta deyir ki, sadə qurğu ona 800 manata başa gəlib.Yeni avadanlıq vastəsi ilə su quyusu qazdırmaq üçün ona çoxsaylı sifarişlər olsa da usta hələ ki, gəlir götürmək niyyətində deyil. Qurğunu səyyar şəkildə müxtəlif yerlərə daha asan daşımaqdan ötrü onu texnikalara yerləşdirmək üzərində işləyir.