"Barselona ciddi itki ilə üzləşib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, İspaniya La Liqasının 27-ci turunda evdə "Atletikonu 1:0 hesabıyla məğlub edən Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Andres İnyesta zədələnib. 

Əzələsi dartılan futbolçu oyunun 36-cı dəqiqəsində əvəzlənib. "Football Espananın yaydığı məlumata görə, İnyesta 1 aya yaxın müddətdə yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdi ki, 33 yaşlı futbolçu martın 14-də keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi ilə cavab oyununu, həmçinin, İspaniya millisinin martın 23 və 27-də baş tutacaq Almaniya və Argentina yığmaları ilə yoxlama oyunlarını buraxmalı olacaq.