2018-ci ilin yanvar ayında "Azərkosmos ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Unikal.org xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac İcmalının 2018-ci ilin fevral ayı üçün sayında qeyd olunub ki, bu ilin ilk ayında "Azərkosmos ASC peyk telekommunikasiya xidmətlərininin (Azerspace-1) ixracından 423 min ABŞ dolları məbləğində gəlir əldə edilib.

"Azərkosmos ASC-nin 2018-ci ilin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.