"Arsenalın gənc oyunçusu Enzli Meytlend-Naylzın anasının evsiz olması, gecəqonduda yaşadığı iddia edilib. 

Unial.org xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı futbolçunun anası Jule Naylz İngiltərənin "Deyli Meyl nəşrinə açıqlamasında oğlundan ona ev almasını istədiyini, lakin onun rədd etdiyini deyib:

"Oğlum Enzli iki həftəlik maaşı ilə mənə normal ev ala bilər, lakin bunu etmir. Mənim oğlum "Arsenalda oynasa da, mən evsizəm. Hazırda yaşadığım ev deyil. Ev nədi bilirəm. Duş qəbul edə, dişini yuya, otağında otura bilərsən. Bunları edə bilməmək dəhşətlidir. Gecələr soyuqdan donuram. Keçən gün evsiz birinin ölüm bağırtısını eşitdim. Yaşadıqlarım qorxuncdur.

Cari mövsümdə "Arsenalda 25 oyuna çıxan Enzli, qardaşı ilə birlikdə 700 min funt-sterlinq dəyərindəki evdə qalır. O, "topçularda həftəlik 30 min funt-sterlinq qazanır.