Türkiyə Super Liqasının 24-cü turunda səfərdə "Trabzonsporla qarşılaşan "Beşiktaşın baş məşqçisi Şenol Günəş oyundan öncə Trabzonun hava limanında yerli azarkeşlər tərəfindən xoş qarşılanmayıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup "Trabzonsporlu azarkeş hava limanında mütəxəssisin ünvanına "Trabzonu satdın deyə, qışqırıblar. Bundan əsəbləşən Günəş azarkeşlərə tərəf gedərək, "Mən kimi satmışam? Əsl siz Trabzonu satmısız sözlərini deyib. Təcrübəli mütəxəssis daha sonra yerli polisə azarkeşləri ordan uzaqlaşdırmadığı üçün narazılıq edib. O, bu insanların "Trabzonspor azarkeşi olmadığını, "Fənərbaxça və ya başqa klub tərəfindən göndərilmiş muzdlular olduğunu deyib.

Xatırladaq ki, dünən keçirilən "Trabzonspor - "Beşiktaş oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Trabzonda doğulan Şenol Günəş, 1972-1987-ci illər aralığında futbolçu kimi "Trabzonsporun şərəfini qoruyub. O, 1993-1997, 2005 və 2009-2013-cü illərdə Qaradəniz təmsilçisinin baş məşqçisi olub.