Dünyanın ən çox üzvü olan 7 klubu açıqlanıb. Maraqlıdı ki, bir çox böyük klub bu siyahıya düşə bilməyib.

Siyahıda İspaniya nəhəngi "Real ilk yeddilikdə yoxdu. "Kral klubunun əzəli rəqibi "Barselona isə üzvlərinin sayına görə yalnız 7-ci pillədə qərarlaşıb. Əvəzində, "Sportinq, "Benfika kimi klublar ilk üçlükdə yer alıb.

Siyahıya isə "Bavariya başçılıq edir. Münhen təmsilçisinin nə az, nə çox, düz 290 min üzvü var.

Unikal.org dünyada ən çox üzvü olan 7 klubu təqdim edir:

1. Bavariya (Almaniya) - 290 min
2. Benfika (Portuqaliya) - 184 min
3. Sportinq (Portuqaliya) - 160 min
4. Borussiya (Dortmund, Almaniya) - 154 min
5. Şalke (Almaniya) - 150 min
6. River Pleyt (Argentina) -146 min
7. Barselona (İspaniya) - 145 min