"Barselonanın futbolçusu Osman Dembele komandadan ayrılmaq istəyir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə 20 yaşlı futbolçunun Kataloniyada xoşbəxt olmadığı, komanda yoldaşlarına getmək istədiyini dediyi qeyd edilib.

Fransalı futbolçu "Arsenala yollanmaq istəyir. "Barselonanın yayda Antuan Qrizmannı transfer edəcəyi ehtimalı Dembelenin komandada möhkəmlənmək şansını bir az da azaldır. Futbolçu məhz buna görə, komandadan ayrılmaq istəyir.

Xatırladaq ki, mövsümün əvvəlində Dortmund "Borussiyasından 105 milyon avro qarşılığında transfer edilən Dembele, "Barsada ümidləri doğrultmayıb. Mövsüm ərzində cəmi 11 oyunda şans qazanan gənc futbolçu 4 məhsuldar ötürməyə imza atıb, qol vura bilməyib.