"Qarabağ klubunun futbolçuları Beynəlxalq 8 mart qadınlar günü münasibəti ilə komandanın bazasında çalışan xanımları təbrik ediblər.

Unikal.org xəbər verir ki, bu barədə klubun sosial media hesablarında məlumat yayılıb. Məlumatda bildirilir ki, futbolçularımız klubumuzun bazasında çalışan xanımları unutmadı.